Füzulidə ağır olub - Ölən və yaralananlar var
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.
Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.
Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
74












