“Mingguan Malaysia” qəzeti: “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr” | 1news.az | Xəbərlər
Rəsmi

“Mingguan Malaysia” qəzeti: “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr”

16:54 - 13 / 11 / 2015
“Mingguan Malaysia” qəzeti: “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr”

Malayziyada malay dilində nəşr olunan “Mingguan Malaysia” (“Həftəlik Malayziya”) qəzetinin növbəti nömrəsində “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr” adlı məqalə dərc olunub.

1news.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, Qəzetin mədəniyyət və incəsənət bölməsində yerləşdirilən məqalədə teatr sənətinin cəmiyyətin mədəni inkişafında böyük rol oynadığı qeyd olunur, Azərbaycanda incəsənət sahəsində görülən işlərdən danışılır. Kiçik bir ölkədə 30-a yaxın teatrın, o cümlədən dünyaca məşhur M.F.Axundov adına Opera və Balet Teatrının fəaliyyət göstərdiyi, bu teatrın səhnəsində görkəmli bəstəkarlardan Qara Qarayev, Arif Məlikov və digərlərinin əsərlərinin səhnələşdirildiyi, həmçinin martın 10-nun Azərbaycanda Milli Teatr Günü elan olunduğu bildirilir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən mədəni irsin qorunması istiqamətində böyük işlər həyata keçirilir. Oxucuların diqqətinə çatdırılır ki, Mehriban Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılıb. 1996-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Hazırda Mehriban Əliyeva 2004-cü ildə təsis olunmuş Heydər Əliyev Fonduna rəhbərlik edir. Bu Fond tərəfindən çoxsaylı humanitar layihələrin və xeyriyyəçilik tədbirlərinin həyata keçirildiyi, Fransadakı Luvr Muzeyinin, Versal Sarayının, Strasburq Kafedralının bərpa olunduğu qeyd edilir.

Məqalədə Azərbaycanın birinci xanımının çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə görə 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü diqqətə çatdırılır.

Bundan əlavə, Heydər Əliyev Fondunun prezidentinin 2005-ci ildə “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, 2010-cu ildə UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunduğu bildirilir.

Məqalənin sonunda Mehriban Əliyevanın qəlbinin xeyriyyəçiliklə döyündüyü qeyd edilir, onun fəaliyyətinin dünyanın digər ölkələrinin birinci xanımlarına örnək olduğu vurğulanır.

1news.az

Paylaş:
701

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər