İsmayıllı və Şəmkir sakinləri özlərini güllələdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllı və Şəmkir sakinləri özlərini güllələdilər

11:36 - 20 / 11 / 2015
İsmayıllı və Şəmkir sakinləri özlərini güllələdilər

İsmayıllı və Şəmkirdə ov tüfəngindən açılan atəş iki nəfərin yaralanması ilə nəticələnib.

1news.az-ın məlumatına görə, hadisələrdən biri İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açması nəticəsində başından ağır yaralanıb.

Təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən T.Süleymanov daha sonra müalicə üçün Bakı şəhərinə göndərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Digər analoji hadisə Şəmkir rayonunda qeydə alınıb. Belə ki, rayonun Bayramlı kənd sakini, 1973-cü il təvəllüdlü Ələddin Cəfərov qarın nahiyəsinin güllə yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
802

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər