Rəqqas Nicat Azadlı ilə bağlı ailə mübahisəsi: həyat yoldaşı zorakılıq iddiaları səsləndirib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqqas Nicat Azadlı ilə bağlı ailə mübahisəsi: həyat yoldaşı zorakılıq iddiaları səsləndirib – VİDEO

Qafar Ağayev10:39 - Bu gün
Rəqqas Nicat Azadlı ilə bağlı ailə mübahisəsi: həyat yoldaşı zorakılıq iddiaları səsləndirib – VİDEO

Rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib.

1news.az xəbər verir ki, qadın sosial şəbəkə hesabında azyaşlı uşağı qucağında olduğu halda avtomobildə ona qarşı zorakılıq tətbiq edilməsini əks etdirən video paylaşıb. O, paylaşımında Nicat Azadlı, eləcə də onun valideynləri və bacısı ilə bağlı ciddi ittihamlar səsləndirib.

Qadının sözlərinə görə, əri onu mütəmadi olaraq döyüb, ailəsi isə bu məsələdə ona dəstək olmaq əvəzinə zorakılığı təşviq edib. O iddia edir ki, Nicatın atası oğluna qarşı tərəfi öldürməsini deyib, həbs olunacağı təqdirdə isə 30-40 min manat ödəyərək onu azad etdirəcəyini vəd edib.

Qadın həmçinin bildirib ki, Nicatın anası hələ doğulmamış nəvəsi ilə bağlı mənfi fikirlər səsləndirib və həmin söhbətin audioyazısı onun əlindədir.

O qeyd edib ki, məruz qaldığı zorakılıq faktlarını təsdiqləyən foto, video və audio materialları hüquq-mühafizə orqanlarına təqdim edib. Onun sözlərinə görə, iş məhkəməyə qədər gedib çıxsa da, sonda qarşı tərəf cəmi 1500 manat məbləğində cərimələnib:

“Özüm tək böyütdüyüm övladımın yaşadığı bütün bu travmalar 1500 manatdırmı? Mənə qarşı təhqir və alçaltmalar, bacısının mənə hücum edib döyməyə cəhd etməsi bu məbləğə dəyərmi? Xahiş edirəm, həm mənim, həm də Raulun yaşadığı bu dəhşətli günlər barədə susmayın. Sizdən yalvarıram”, - deyə o yazıb.

Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər