Hörmüz boğazında neft tankeri vurulub | 1news.az | Xəbərlər
Dünya

Hörmüz boğazında neft tankeri vurulub

Oksana Orucova09:32 - Bu gün
Hörmüz boğazında neft tankeri vurulub

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazından keçən neft tankerinin naməlum mənbədən atılan sursatla vurulduğunu açıqlayıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, UKMTO-nun yaydığı yazılı açıqlamada bildirilib ki, tankerə hücum barədə məlumat quruma üçüncü tərəfdən daxil olub.

Hadisə nəticəsində tankerdə yanğın baş verib. İlkin məlumata görə, gəminin ekipaj üzvləri arasında ölən və ya yaralanan olmayıb.

Hadisənin hansı mənbədən qaynaqlandığı və tankerin hansı şəraitdə vurulduğu ilə bağlı araşdırma aparılır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər