Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirildi

1news Redaksiyası10:03 - Bu gün
Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirildi

Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.
 
 

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər