Hikmət Hacıyev Ermənistan Konstitusiyasındakı dəyişikliklərin sülh prosesinə təsirindən danışıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev Ermənistan Konstitusiyasındakı dəyişikliklərin sülh prosesinə təsirindən danışıb

Qafar Ağayev10:58 - Bu gün
Hikmət Hacıyev Ermənistan Konstitusiyasındakı dəyişikliklərin sülh prosesinə təsirindən danışıb

"Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur".

1news.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi".

Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir. “Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik”, - deyə Hikmət Hacıyev qeyd edib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər