Azərbaycanın xarici dövlət borcu 7 milyard manatdan çoxdur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu 7 milyard manatdan çoxdur

12:15 - 14 / 11 / 2015
Azərbaycanın xarici dövlət borcu 7 milyard manatdan çoxdur

Oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edib.

1news.az  xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 8.0 faizi 10 ilə qədər, 58.6 faizi 10 ildən 20 ilədək, 33.4 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Oktyabrın 1-i vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.0 faiz, avro – 20.3 faiz, yapon yeni – 2.6 faiz, İslam dinarı – 0.6 faiz, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

1news.az

 

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər