Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi təsdiq edilib

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsini təsdiqləyib.
1news.az APA-ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində müəyyənləşdirilib.
Fondun 2016-cı il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 011 145 000,0 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 2 923 588 000,0 manat təşkil edir.
787