“Nar”ın meneceri “1to1 Media Customer Champions” mükafatını qazanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”ın meneceri “1to1 Media Customer Champions” mükafatını qazanıb

15:06 - 08 / 12 / 2015
“Nar”ın meneceri “1to1 Media Customer Champions” mükafatını qazanıb

 “Nar” mobil operatorunun rəqəmsal marketinq meneceri Mikayıl Hacıyev “1to1 Media Customer Champions” mükafatına layiq görülüb.

 1news.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, öz abunəçiləri ilə daha mükəmməl əlaqə qura bilmək üçün hər zaman sosial şəbəkələrdən geniş istifadə metodları üzərində çalışan “Nar” mobil operatoru “Peppers & Rogers” şirkətlər qrupu tərəfindən təsis edilmiş beynəlxalq “1to1 Media Customer Champions” mükafatını qazanıb.

 Özünün müştəriyönümlülük dəyərinə sadiq qalan “Nar” abunəçilərinin rahatlığını təmin etmək üçün onlara sadəcə çağrı mərkəzi vasitəsilə xidmət göstərmir. Hər hansı bir sual yarandıqda, “Nar” istifadəçiləri sosial media kanallarından aktiv istifadə etməklə, onları düşündürən suallara daha tez cavab ala bilir, mövcud problemləri rahatlıqla həll edə bilirlər.

 “Azerfon” şirkətinin rəqəmsal marketinq meneceri Mikayıl bu onlayn müsabiqədə iştirak edərək nüfuzlu mükafatın qaliblərindən biri olub.

 “Sosial şəbəkələrdəki “Nar” qruplarının üzvü olan abunəçilər daha sürətli xidmət və ətraflı məlumat almanın üstünlüklərindən yararlana bilirlər. Biz də öz növbəmizdə müştərilərlə əlaqələr sahəsində əldə etdiyimiz təcrübəni beynəlxalq müstəviyə daşımaqla, bu innovativ nailiyyəti adıçəkilən müsabiqəyə təqdim etdik”, - deyə “1to1 Media Customer Champions” mükafatına layiq görülmüş “Nar” əməkdaşı Mikayıl Hacıyev bildirib.

 “1to1 Media” qurumunun təşkil etdiyi proqram, çalışdıqları təşkilatlarda müştərilərə hesablanmış strategiyalar həyata keçirmək məqsədilə innovativ yanaşma və müxtəlif mexanizmlər tətbiq edərək müsbət nəticələr əldə etmiş müştəriyönümlü liderlərin mükafatlandırılmasını nəzərdə tutur.

 “1to1 Media Customer Champions” mükafatının qalibləri məhz innovativ tendensiyaları dərk edən, müştərilərə dəyər verən, onlarla əhatəli dialoqun vacibliyini anlayan yaradıcı novatorlar arasından seçilir. 11 illik tarixi ərzində bu mükafata “Google”, “L’Oreal”, “Cisco”, “T-Mobile”, “Verizon”, “Hyundai” və “Volkswagen” kimi nəhəng şirkətlərin nümayəndələri layiq görülüblər.

Paylaş:
726

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər