Hadı Rəcəbli: “ Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hadı Rəcəbli: “ Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir”

17:00 - 08 / 12 / 2015
Hadı Rəcəbli: “ Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir”

1news.az xəbər verir ki, APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” saziş və Əmək Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onlara aid olmayan sualların verilməsi qadağandır.

Sazişin müzakirəsi zamanı komitə sədri Hadı Rəcəbli bildirib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin tapılması vacibdir: “Bu məsələdə dəfələrlə vurğuladığımız kimi, turizmin önəmi üzə çıxır. Azərbaycanda turizm üçün böyük potensial var. Amma bəzi səbəblərdən turizmin istənilən səviyyədə inkişafı mümkün olmur. Ölkə prezidentinin də dediyi kimi, Azərbaycanda dördulduzlu, beşulduzlu otellərə ehtiyac yoxdur, daha çox üçulduzlu, ikiulduzlu otellər olmalıdır. Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir. Həmçinin, buraya daha ucuz qiymətlərlə gəlişlərinin təmin edilməsi vacibdir”.

Deputat İlham Məmmədov da turizmin önəmini vurğulayıb: “Turizmin inkişafı üçün qiymətlərin aşağı salınması, xüsusilə təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, arada endirimlər olur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turizmi inkişaf etdirmək mümkün deyil”. 

Hər iki layihə plenar iclasa tövsiyə olunub.

Paylaş:
955

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyaları niyə uğurzsuz oldu? - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər