​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

17:48 - 08 / 12 / 2015
​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar olaraq Bakı-Dubay-Bakı (Əl-Məktum hava limanına) marşrutu ilə endirimli (low-cost) aviareyslərini bərpa edir.

1news.az xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin “Report”a bildirdiyinə görə  Yeni il ərəfəsində ənənəvi olaraq turist axınının artacağını nəzərə alan şirkət ölkə vətəndaşları və xarici turistlərin uçuşlara tələbatının təmin edilməsi məqsədilə sözügedən istiqamətdə müntəzəm uçuşlar yerinə yetirəcək: “Yeni il qabağı dekabrın 26, 28, 29, 30-da və gələn il yanvarın 2-6-da gündəlik olaraq Bakıdan Dubay istiqamətində müntəzəm endirimli uçuşlar həyata keçiriləcək. Eyni zamanda, bu marşrutla həmin günlərdə əlavə reyslərin həyata keçirilməsi nəzərdə tutulub”.

"Bununla belə, qeyd olunan uçuşlara digər tarixlərdə və mövsümlərdə tələbatın yarandığı zaman AZAL həmin reyslərin həyata keçirilməsinə daim hazırdır", - şirkət rəsmisi qeyd edib.

Bu istiqamət üzrə "Embraer 190" təyyarəsi ilə yerinə yetiriləcək uçuşlara aviabiletin qiyməti sabit olaraq (bütün rüsumlar daxil olmaqla) bir tərəfə 99 avro təşkil edəcək.

Xatırladaq ki, AZAL Bakı-Dubay istiqamətində "loukost" uçuşlarını aşağı tələbat səbəbindən müvəqqəti dayandırmışdı.

Paylaş:
1437

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər