SOCAR: Sosial şəbəkələrdəki görüntülər həqiqi deyil | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Sosial şəbəkələrdəki görüntülər həqiqi deyil

12:28 - 09 / 12 / 2015
SOCAR: Sosial şəbəkələrdəki görüntülər həqiqi deyil

SOCAR "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

1news.az –ın xəbərinə görə, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu görüntülər həqiqəti əks etdirmir: "Xilasedicilər tərəfindən tapılan meyitlərin real görüntüləri bizdə var. Ancaq biz bu şəkilləri ictimailəşdirərək rəhmətə gedən insanların ailələrinə hörmətsizlik etmiş olarıq. Bu insanların əynində jilet olub".

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər