Valyuta konvertasiyasına xərclər kəskin azaldılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Valyuta konvertasiyasına xərclər kəskin azaldılıb

12:46 - 09 / 12 / 2015
Valyuta konvertasiyasına xərclər kəskin azaldılıb

Azərbaycanın 2016-ci il dövlət büdcəsində valyuta konvertasiyası əməliyyatlarına 4 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu da 2015-ci ilin analoji proqnozu ilə müqayisədə 2,8 dəfə və ya 7,113 mln. manat azdır.

1news.az –ın verdiyi xəbərə görə, bu barədə dövlət başçısının "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir.

Həmçinin, təsdiqlənən 2016-cı il büdcəsində Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2,951 mln. manatın xərclənməsi nəzərdə tutulub. Qeyd edək ki, bu da cari ilin proqnozu ilə eynidir.

Bundan başqa, büdcədə maliyyə sağlamlaşdırılması tədbirlərinə xərclər 0,1% və ya 120 min manat çoxdur. Belə ki, maliyyə sağlamlaşdırılması tədbirlərinə xərclər, o cümlədən nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin nizamnamə kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi tədqiqatlar və ekspertlərin cəlb edilməsinə gələn il üçün 117 mln. manat nəzərdə tutulub.

Paylaş:
891

Son xəbərlər

COP29 zamanı Azərbaycana qarşı kampaniyalar - Özlərini “ekologiya mühafizəçisi” adlandıranların uğursuzluğu - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər