Ekspert rəyi: Dini radikalizm və azərbaycanlı uşaqlar. Bununla necə mübarizə aparmaq olar? – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekspert rəyi: Dini radikalizm və azərbaycanlı uşaqlar. Bununla necə mübarizə aparmaq olar? – VİDEO

17:49 - 10 / 12 / 2015
Ekspert rəyi: Dini radikalizm və azərbaycanlı uşaqlar. Bununla necə mübarizə aparmaq olar? – VİDEO

“Dəhşət!” –bu, bəlkə də son zamanlar hər bir sağlamdüşüncəli insanın daha çox istifadə etdiyi sözdür.

Son zamanlar xəbərləri oxumaq dəhşətlidir, həmin xəbərlərə yazılmış rəylərioxumaq ondan da dəhşətlidir. Dəhşətlidir ki, insanları hansısa gözə görünməz qüvvə niftər dalğasına sürükləyir. Hər kəsə və hər şeyə nifrət.Təəccüblüsü də odur ki, bu, nifrətdən daha çox qorxunun nəticəsidir. Dünya terror dalğasına bürünüb və bunun qorxusu qarşısında biz, hər tərəfdə, hər yerdə düşmən görməyə hazırıq.  Buna görə də “əsas düşmən” dəqiqləşdiriləndə artıq kimdən qorxmaq “lazım” olduğunu bilirsən...

Əgər düşünürsünüzsə ki, terroristlər özləri qorxmurlar, o zaman yanılırsınız. Sadəcə olaraq onlar üçün düşmən anlayışı  - düşünmək və şübhə etmək qabiliyyətinə malik olan hər kəsdir. Buna görə də onlar bu düşməni məhv etmək üçün onusözün əsl mənasında ana bətnində öldürməyə çalışırlar:  onlar uşaqlarla fəal işləyirlər.

Onların hesabları bütün istiqamətlərdə doğrudur: birincisi, uşaqlar böyüklərin və güclü valideynlərin dediyi hər bir sözü tez qəbul edirlər. İkincisi, uşağın dilindən səslənən istənilən təhdid və qarğış hər bir düşünən insan üçün qorxuncdur. Ona görə ki, eyni anda dünyadakı hər şeyə qarşı ümidsizlik və səbatsızlığa qərq olursan. Bizim gələcəyimiz – məhz uşaqlardır axı... Və bu “gələcəyin” bu gün nə dediyini eşidəndə,o zaman yer ayağının altından qaçmır –  o birdəfəlik yox olur.

Son bir neçə gündə biz, bu qorxunu gördük və yaşadıq. Bəli, məhz hiss etdik və məhz yaşadıq. Naradarandan olan uşaqların “kafir ordusu” gələrsə ölməyə hazır olduqları və məktəbin nə olduğunu bilmədikləri videonu görəndə biz bu qorxunu yaşadıq. 

Valideynləri İŞİD-ə qoşulmuş dörd yaşlı azərbaycanlı həmvətənlərini oraya getməyi və “yanlış insanların başını kəsməyi” təklif edəndə.

Mən qeyri-ixtiyari olaraq Orxan Fikrətoğlunun “Tək” kitabının qəhrəmanının xatırladım – həddən artıq analoji oxşarlıqdır... Xatırladıram ki, kitabın qəhrəmanı da taleyin gərdişilə “intihar edənlər” sıralarına düşür, amma yalanı dərk edir, hadisədən çıxış yolu artıq gec olur. Danışdığım hadisədən xəbəri olmayanlar "Правила жизни человека, потерявшего все" kitabını və ya O.Fikrətoğlunun yuxarıda qeyd etdiyim kitabını oxumalarını məsləhət görürəm.

Amma bu “nə etməli?” sualını dəyişdirmir. Bu cür uşaqları başqa insani dəyərlər aşılamaqla yenidən tərbiyə etmək olarmı? Onlara əsl İslamın nə olduğunu izah etmək olarmı? İslam sülh dinidir, zorakılıq deyil. İslam elm öyrənməyə çağırır, cəhaləti deyil.

Mümkündür, yoxsa artıq ümid qalmayıb?

Psixiatr Araz Manuçeri-Laleyinin sözlərinə görə hər hansı  işi həyata keçirməzdən öncə, bu vəziyyətin yaranma səbəbini anlamaq lazımdır. 

- TV-də həddindən artıq savadsız proqramlar və KİV-lərdə nəşrlər vardır. Təhsil sistemindəki problemlər və digər problemlər hazırda olan vəziyyətə gətirib çıxarıb. Gəncələrlə işləyən, onlara  din və qaragüruhun fərqini izah edən din xadimləri demək olar ki yoxdur. Bu təkcə bizdə müşahidə olunan hal deyil. Bütün bunların yaratdığı vəziyyət isə sağlam düşüncəli insanlarda məyusluq və qorxu hissi yaradır”- Manuçehri-Lalei deyib.

- Nə isə etmək olarmı? Əlbəttə mümkündür? Əsas məsələ bunu necə etməkdir. Dünyavi həyat- təhsil, məktəb, maariflənmə və s.  əleyhihə şüarlarla Nardaranda çıxış edən uşaqları götürək. Onları güclə məktəbə göndərmək vəziyyətdən çıxış yolu deyil. Bu uşaqlardan hər biri ilə peşəkar məktəb psixoloqunun işləməsi vacibdir. Bu psixoloqlar anlamalıdır ki, uşaqlarda özünü göstərən bu dünyagörüşü onlara ən yaxın insanları-ata və analarının tərbiyəsi və təlqini ilə aşılanıb. Bu səbəbdən onları doğulduqdan bəri tanıdıqları mühitdən qoparıb, eşitdikləri hər şeyi inkar etməklə məcburi şəkildə məktəbə göndərmək qətiyyən doğru deyil! Burada söhbət uşaqlardan gedir! Belə davranışlar “yığılmış  yay” effekti yaradaraq gec ya tez elə kəskinlklə açılacaq ki, az görünməyəcək.

Buna görə də belə uşaqlarla həm psixoloqlar, həm də din xadimləri birlikdə işləyərək əsil İslam dininin nə olduğunu onlara tədricən, aramla izah etməlidir. Onlar bu uşaqların dini öyrənmək istəyinə hörmətlə yanaşıb onların müəllimi və  mənəvi rəhbəri olmalıdır. Bu insanlar uşaqlara “valideynlərin yanlış öyrətdi” iddiası ilə yanaşmamalıdır. Cünki bu yalnız onların aqressiv reaksiyasına səbəb olacaq.Lakin bununla yanaşı valideynlərin də səhv edə bilməsi ehtimalını onlara izah etməli və onlarla dialoqa girməlidir.

Güc metodları burada heç bir işə yaramaz, qarşındakının uşaq olduğunu anlamaq vacibdir. Bu uşaqlar hələ ki bizim gələcəyimiz deyil. Onların sabah necə olacağı yalnız bizdən və dövlətdən asılıdır.

Mən yenə də ancaq məsləhət verə bilərəm. Lakin çox istərdim ki, dövlət özü müvafiq orqanların simasinda bu sahədə konkret iş görsün. Artıq bu gün  bunu həyata keçirmək vacibdir”- deyə Araz həkim nəticə olaraq bildirdi.

1news.az

Paylaş:
1115

Son xəbərlər

Bütün xəbərlər