PR Forum 2025: Brend Etibarı və Dezinformasiyaya Qarşı Müasir PR Strategiyaları Müzakirə Edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

PR Forum 2025: Brend Etibarı və Dezinformasiyaya Qarşı Müasir PR Strategiyaları Müzakirə Edildi

20:10 - Bu gün
PR Forum 2025: Brend Etibarı və Dezinformasiyaya Qarşı Müasir PR Strategiyaları Müzakirə Edildi

10 oktyabr 2025-ci il tarixində Yelo Bank – ın dəstəyi ilə, yerli kommunikasiya mütəxəssislərinin, media nümayəndələrinin, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə “PR Forum 2025” uğurla baş tutdu.

Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına – brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM) məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR strategiyaları, onların tətbiq sahələri və bu sahədə əldə olunmuş real təcrübələr (keyslər) ətrafında dərin və peşəkar müzakirələr aparıldı.

Forumun əsas panellərində aşağıdakı mövzular diqqət mərkəzində oldu:

  • Dezinformasiyanın artdığı dövrdə brendin etibarını necə qorumaq olar?

  • Korporativ Sosial Məsuliyyət: Şirkətlərin imicinə və cəmiyyətə təsiri

  • Krizis şəraitində effektiv kommunikasiya üsulları

  • Reallığa əsaslanan PR kampaniyaları: Azərbaycandan və dünyadan uğurlu keyslər

Panel müzakirələrində tanınmış yerli və xarici PR mütəxəssisləri çıxış edərək, öz sahələrində tətbiq etdikləri strategiyaları və qarşılaşdıqları problemlərə necə yanaşdıqlarını iştirakçılarla bölüşdülər. Forum həmçinin kommunikasiya sahəsində çalışan gənc mütəxəssislər üçün faydalı təcrübə və şəbəkələşmə imkanı yaratdı.

Tədbirin Tərəfdaşları – A-Qroup Sığorta Şirkəti, ASAN İnnovativ İnkişaf Mərkəzi, Azerçay, TAM Advisory, Bir Könüllü,Mama’m Bakery, Peony, 1news.az, Asan TV, Asan Radio, Brand Media Groups, Bizim Yol, Businesstime,,Biznes TV.

PR Forum 2025, Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına təkan verməklə yanaşı, bu sahədə yeni düşüncə tərzinin formalaşmasına və beynəlxalq təcrübənin paylaşılmasına şərait yaratdı.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər