SOCAR-ın dövlət büdcəsinə köçürmələri 18% azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın dövlət büdcəsinə köçürmələri 18% azalıb

17:38 - 11 / 12 / 2015
SOCAR-ın dövlət büdcəsinə köçürmələri 18% azalıb

2015-ci ilin yanvar -noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 1 milyard 404 milyon 875 min manat vəsait köçürüb.

1news.az xəbər verir ki, bu haqda  SOCAR –ın rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki,bu il SOCAR-ın dövlət büdcəsinə köçürmələrinin həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 302 milyon 046min manat, yaxud 17,7% azalıb.

Beləliklə 11 ay müddətində SOCAR dövlət büdcəsinə 1 milyard 706 milyon 921 min manat köçürmə edib.

Bundan əlavə yanvar-noyabr ayları ərzində SOCAR Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna  126 milyon 606 min manat köçürüb ki, bu da keçən ilin 11 ayının göstəricilərindən  2,3% faiz, yaxud 2 milyon 928 min manat azdır.

Noyabr ayında SOCAR DSMF-yə 11 milyon 189 min manat köçürüb. Bu keçən ilin göstəricilərindən 5,4% yüksəkdir.

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər