ABŞ Dövlət Departamenti: “Azərbaycan Cənubi qaz dəhlizinin ən mühüm hissəsidir”
“Azərbaycan Cənubi qaz dəhlizinin ən mühüm hissəsidir”
Bu sözləri 9 dekabr tarixində Vaşınqtonda keçirilən “ İpək yolunun bərpası- Avrasiyanın qəlbindən Avropanın qəlbinə: 21-ci əsr nəqliyyatı və energetikasına baxış” mövzusundakı konfrans zamanı ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun elçisi Amos Xokstayn deyib.
Xokstayn qeyd edib ki, Avropaya alternativ qazın nəql olunması indi xüsusi əhəmiyyətə malikdir. Cünki Rusiya “öz qazından silah kimi” istifadə edir.
Onun fikrincə, Moskva digər qaz layihələrinin işini ləngidir və onlara mane olur. Məsələn “Nordstim” Ukraynanın gələcəyini dağıdır.
Xokstaynın cıxışına münasibət bildirən Ariel Koel “Tvitter” səhifəsində qeyd edib ki, Dövlət departamentinin təmsilçisi “Nordstrim-2”-ni indicə məhv etdi.
Qeyd edək ki, Amerikanın “Miras” fondu ilə Energetika, Təbii resurslar və Geosiyasət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli, Frederik Star ( Central Asia-Caucasus Institute ), Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov, Coşua Uolker (APCO Worldwide), Ariel Koel ( CENRG) və b. iştirak edib.
“Yeni İpək yolu Baltik və Aralıq dənizindən Sakit okeana qədər ərazidə yerləşən ölkələrə qlobal iqtisadi fəaliyyətə əvvəlki zamanlardan fərqli olaraq tam şəkildə qoşulmağa imkan verir.
Yeni İpək yolunun rreallaşdırılması Avrasiyadakı siyasi iqlimə də əhəmiyyətli dərəcədə təsir edəcək. Qaz dəhlisi hazırda Rusiya, Avropa İttifaqı və Türkiyə arasında münasibətlərin gərdinləşdiyi dönəmdə əhəmiyyətlidir. Yeni İpək yolunun gələcəyi , Bakı limanı və Qars-Tbilisi- Ərzurum dəmir yolu layihələri haqqında daha çox öyrənmək istəyirsinizsə bizə qoşulun”- deyə layihə təşkilatçıları qeyd edib.
1news.az