Dmitriy Verxoturov: “ABŞ-ın Yaxın Şərqdə təcrübədən keçirdiyi “kovboy metodları” demək olar ki, işə yaramır” | 1news.az | Xəbərlər
Siyasət

Dmitriy Verxoturov: “ABŞ-ın Yaxın Şərqdə təcrübədən keçirdiyi “kovboy metodları” demək olar ki, işə yaramır”

13:38 - 14 / 12 / 2015
Dmitriy Verxoturov: “ABŞ-ın Yaxın Şərqdə təcrübədən keçirdiyi “kovboy metodları” demək olar ki, işə yaramır”

1news.az Mərkəzi Asiya və Əfqanıstan bölgəsi üzrə ekspert, publisist Dmitriy Verxoturov ilə müsahibəni təqdim edir:

- Cənab Verxoturov, sirr deyil ki, ABŞ-ın Mərkəzi Asiyada, əsasən də, Türkmənistanda iştirakı Rusiya üçün ağrılı haldır. Sizin müşahidələrinizə görə, Türkmənistan  bu iki fövqəldövlətdən hansına üstünlük verir?

- Mənim  fikrimcə, Türkmənistan 1996-cı ildə elan etdiyi neytrallıq mövqeyindən uzaqlaşmaqla bağlı mürəkkəb prosesdən keçir. O zaman bu pis ideya deyildi. İndi müttəfiq seçmək zamanıdır. Lakin bu zaman hərbi müttəfiqliklə yanaşı, Türkmənistanın iqtisadi əlaqələrində də müəyyən dəyişiklik olacaq. Müstəqillik dövründə bu əlaqələr əsas etibarilə Avropa İttifaqı, Türkiyə və ABŞ-la qurulmuşdu.

Rusiyaya tərəf yönəlməklə respublika müttəfiqlərinin onunla ticarət əlaqələrini kəsməsi və investisiyaların azalması kimi problemlərlə qarşılaşa bilər. ABŞ-a tərəf yönəlib bütün məslələrdə Vaşinqtona arxayın olmaq da özü ilə müəyyən problemlər gətirəcək. Belə ki, Rusiyanın keçmiş sovet ölkələri arasıda amerikayönümlü ölkələrə olan ənənəvi, neqativ münasibəti məlumdur.  Bundan başqa Rusiya Xəzər donanmasının qanadlı raketləri də çox yaxındadır. Məsələ həm də onunla mürəkkəbləşir ki, artıq kifayət qədər qərbyönümlü  və Rusiya ilə mülayim münasibətdə olan Türkiyəyə  tam arxayin olmaq mümkün deyil.     

Bu yaxınlarda baş verən hadisələrdən görünür ki, Rusiya-Türkiyə münasibətləri uzun müddət soyuyacaq.  İrandakı görüş zamanı Türkmənistanın Rusiyaya yaxınlaşmağa meylli olduğu, lakin bunu ehtiyatla və tədricən həyata keçirmək istədiyi müşahidə olundu. Bu ənənəvi olaraq kəskin addımlardan çəkinən Türkmənistan siyasəti üçün olduqca xarakterikdir.

- Vladimir Putinin bu yaxınlarda İŞİD-lə mübarizə üçün Xəzər dənizinin hava məkanından istifadə ilə bağlı bildirişini necə şərh edə bilərsiniz?

- Bildirişdən görünür ki, bu Xəzər Donanmasının Suriyadakı nişangahlara sonuncu raket zərbəsi olmayacaq.  Bu halda Xəzər dənizi üzərindəki hava məkanında sərnişin təyyarələrinin təhlükəsiz hərəkəti məsələsi gündəmə gəlir ki, o, raketlərin və hərbi təyyarələrin hava hərəkəti ilə bağlı dispeçer xidmətindən məlumatların verilməsi ilə həll olunacaq. İŞİD türrorçularının Mərkəzi Asiyaya keçmək cəhdi olarsa, türkmən-əfqan cəbhəsində Rusiya-İran və Türkmənistanın  birgə antiterror əməliyyatı keçirməsi məsələsi ortaya çıxa bilər.

-Bir zamanlar ABŞ-ın Mərkəzi Asiyada, əsasən, Qırğızıstanın “Manas” aviabazasında öz hərbi bazaları var idi. Amerikalılar həmin bölgəni növbəti hərbi əməliyyatları üçün hərbibaza olaraq qiymətləndirə bilərmi?

-Bir vaxtlar ABŞ-ın Mərkəzi Asiyada – Qırğızıstanın “Manas” aviabazasında öz hərbi bazası var idi. İndi hava limanı Qırğızıstan Milli qvardiyası tərəfindən istifadə olunur. Buna görə də həmin məsələ artıq bağlanıb. Əgər ABŞ-ın ümumiyyətlə, bu regionda aviobazalarının olması məsələsinə baxsaq, burada onun  nəyəsə nail olmaq şansları xəyalidir.  Cünki , bir tərəfdən Qarşı –Xanabad və Manas bazalarından istifadə imkanı  BMT-nin Təhlükəsizlik Şurasının mandatına əsasən, Əfqanıstandakı beynəlxalq əməliyyatlar çərçivəsində yaradılmışdı. Onun müddəti isə artıq tamamlanıb.   İkinci təfərdən isə ərazisində  ABŞ aviabazalarının olması  hər hansı ölkənin təhlükəsizliyi üçün təminat vermir. Əfqanıstan nümunəsində bunu aydın görmək mümkündür.

-Regionun digər bölgələri hansı problemlərlə qarşılaşa bilər?

- Özbəkistandan danışsaq deyə bilərik ki, bu halda Özbəkistan hakimiyyəti qonşu dövlətlərlə razılığa gəlməlidir. Bu təhdiddən daha çox ehtiyacdır. Özbəkistan ABŞ-la yaxınlaşmadan  regionda öz mövqeyini təsdiq etmək və su-enerji məsələsində Qırğızıstan və Tacikistana ”təzyiq”  vasitəsi kimi istifadə edib. Indi bu məsələ bütün tərəflər üçün  əlverişli baxımdan  nəzərdən keçirilməlidir.

Rusiya üçün bu çox yaxşıdır. Cüngi  bölgədə özbək- qırğız, özbək-tacik münasibətlərində yaranan gərginliyi azaldır.  Ümumiyyətlə, Özbəkistan özünə böyük zərbə vurdu. Əgər Daşkənd əvvəldən bütün tərəflər üçün faydalı əməkdaşlığa razı olsaydı, respublikanın iqtisadi inkişafı daha sürətli olar və iddia etdiyi “lider statusu” qonşu dövlətlər tərəfindən qəbul olunardı.

- ABŞ Dövlət katibi Con Kerrinin bu yaxınlarda Qazaxıstana səfərini Amerika diplomatiyasının Əfqanıstanla bağlı məsələyə yenidən baxması kimi  qiymətləndirmək olarmı?

- Amerikalılar hər zaman regionda öz təsir dairəsini yaratmağa can atıb və bu sahədə Özbəkistan və Qazaxıstanda fəaliyyətdə olub. Kerrinin səfəri də, Mərkəzi Asiya ilə dialoqun C5+1 formatında, yəni Rusiya və Çin olmadan yoluna qoyulmasını nəzərdə tuturdu.  Lakin  nəticələrə baxdıqda səfər zamanı istənilən nəticənin əldə olunmadığı görünür. Türkmənistandan başqa digər region ölkələri müttəfiqliklə bağlı bənnamədən kənara çıxmadılar.

Bunun nə üçün baş veridiyini anlamaq çətin deyil. ABŞ-ın hazırda regiona təklif edə biləcəyi heç nə yoxdur.

- Avroasiya İqtisadi İttifaqının genişlənərək Qırğızıstanın bura faktiki olaraq daxil olması və Tacikistanın iştirakını nəzərə alsaq Mərkəzi Asiyadakı güc balansı necə dəyişə bilər?

- Əgər hərbi güc balansından söhbət gedirsə, heç nə dəyişməyəcək, cünki, Qırğızıstan və Tacikistan KTMT-yə əsasən Rusiya ilə müttəfiqdir. İqtisadi baxımdan da çox şey dəyişməyəcək. Hər iki ölkənin iqtisadiyyatı Rusiya ilə sıx bağlıdır. Lakin bu yaxınlaşma nəqliyyat infrastrukturunun inkişafı baxımından perspektivlidir.

-ABŞ və RF-nin Mərkəzi Asiyada və Cənubi Qafqazdakı  maraqlarının identikliyini qəbul etsək, iki böyük gücün toqquşmasının region dövlətləri üçün hansı riskləri ola bilər?

- Mən Rusiya və ABŞ-ın regiondakı maraqlarının eyni olduğunu deməzdim. Məsələn, Rusiya hər zaman İranı regionadakı təhlükəsizliyin elementi kimi tərəfdaşı və  müttəfiqi olaraq görüb. Suriyadakı əməliyyat zamanı İran Rusiyanın ən aktiv müttəfiqidir. ABŞ isə İranı əvvəllər  dağıtmağa çalışıb, yalnız Əfqanıstanda çətinliklərlər zamanı İranla əməkdaşlıq  əlaqələri yaradıb. Bundan başqa Rusiya siyəsəti müxtəlif növ nəzarətdən kənar bölgələrin olmasına qarşı barışmaz olduğu halda, amerikalılar öz siyasəti ilə 3 belə bölgəni Əfqanıstan, İraq və Suriyada yaradıb.

Amerikalılar İraqdan Səddam Hüseyni uzaqlaşdırmaqla hamı üçün böyük problemlər yaradıb. Moskva müttəfiq olaraq stabil ölkələrin olmasında maraqlıdır. Onların İran və Türkmənistan kimi mürəkkəb tərəfdaşlıq münasibətləri çərçivəsində  olsa belə, var olmasi, müharibə şəraitində olmasından daha yaxşıdır.

Onan görə də demək olar ki, ABŞ-ın yaxın Şərqdə təcrübə etdiyi “kovboy metodları” burada işləmir.

-Necə düşünürsünüz, Aşqabad və Tehran arasında danışıqların aktivləşməsi Xəzər dənizinin statusunun müəyyənləşməsi məsələsinə müsbət təsir edə bilərmi?

- Bu Xəzər dənizinin statusu ilə bağlı razılaşmada mühüm addım ola bilər. Cünki  İran və Türkmənistan bu dialoq zamanı  ən susqun tərəfdaşlar idi.   

İndi  müəyyən razılığa gəlmək ehtiyacı yaranıb. Mənim qənaətimə görə Türkmənistan Əfqanıstan istiqamətində İŞİD-in hücumuna qarşı İranın dəstəyinə ehtiyacı duyur.  Lakin bu dəstəyi almaq üçün mühahisəli və həlli yarımçıq qalan məsələlər olmamalıdır.

1news.az

Paylaş:
737

Son xəbərlər

Bütün xəbərlər