Hikmət Hacıyev və ABŞ Dövlət katibinin müavini Ermənistanla münasibətləri müzakirə edib
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib.
Hikmət Hacıyev Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib.
“Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”, - Prezidentin köməkçisi qeyd edib.










