İstanbulda Əlibəy Hüseynzadənin qızının sərgisi açılıb
Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın İstanbulda fərdi rəsm sərgisi açılıb.
1news.az-ın xəbərinə görə, İstanbulun Bəyoğlu rayonundakı “Eller” sənət qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti, əcnəbi və yerli mətbuat yaxından diqqət göstərib. Sərgidə Feyzavər Alpsarın ənənəvi tərzin də son illərdə dəri qavallar və kağızlar üzərinə işlədiyi əsərləri nümayiş etdirilir.
On beş gün davam edəcək sərgidə Feyzavər Alpsarın dəri üzərində boya ilə çəkdiyi əsərlər, o cümlədən qaval və kağızlardakı rəsmləri nümayiş etdirilir.
Artıq onuncu dəfə keçirilən sərgiyə Azərbaycan ictimaiyyətinin daha çox maraq göstərməsindən məmnun qaldığını diqqətə çatdıran 96 yaşlı Feyzavər Alpsar AZƏRTAC-a müsahibəsində deyib: “Sevinirəm ki, əsərlərim soydaşlarımı Azərbaycan işığında bir yerə toplaya bilir”.
Orijinal iş üslubu ilə Türkiyədə incəsənətin inkişafına böyük töhfələr verən F.Alpsarın bu vaxtadək 50-dən artıq sərgisi təşkil olunub.