“Bank of Azerbaijan”ın lisenziyası ləğv edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.
Bu haqda 1news.az Mərkəzi Bankın yaydığı məlumata əsasən xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
1news.az