Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqqı artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqqı artırıldı

18:19 - 18 / 01 / 2016
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqqı artırıldı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev  mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzaladı.

1news.az dövlət başçısının rəsmi saytına istinadən sərəncamın tam mətnini təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini  gücləndirmək  məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2016-cı il

Paylaş:
1288

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər