Meksikada kiçik təyyarə yaşayış ərazisinə düşüb, 2 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Meksikada kiçik təyyarə yaşayış ərazisinə düşüb, 2 nəfər ölüb

1news Redaksiyası13:18 - Bu gün
Meksikada kiçik təyyarə yaşayış ərazisinə düşüb, 2 nəfər ölüb

Meksikanın Hidalqo ştatında kiçik təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika Mülki Aviasiya Federal Agentliyi (AFAC) məlumat yayıb.

Bildirilib ki, “Cessna 210” tipli təyyarə Hidalqo ştatının Paçuka şəhərindəki hava limanından Morelos ştatında yerləşən Kuernavaka Beynəlxalq Hava Limanına uçmaq üçün havaya qalxıb.

Lakin təyyarə Paçuka şəhərinin Venta Prieta məhəlləsində yaşayış ərazisinə düşüb. Nəticədə təyyarədə olan 2 nəfər ölüb.

Hadisə yerinə Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

AFAC-ın məlumatına görə, qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Paçuka Hava Limanının rəhbər heyəti hadisə yerində araşdırmalara başlayıb. Faktla bağlı inzibati təhqiqat açılıb.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər