Prezident sosial təminat müəssisələrində çalışanların əməkhaqlarının artırılması ilə bağlı sərəncam verdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident sosial təminat müəssisələrində çalışanların əməkhaqlarının artırılması ilə bağlı sərəncam verdi

18:52 - 18 / 01 / 2016
Prezident sosial təminat müəssisələrində çalışanların əməkhaqlarının artırılması ilə bağlı sərəncam verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzaladı.

1news.az president.az saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir;

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2016-cı il.

Paylaş:
659

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər