“Gəncəbank”ın lisenziyası ləğv olundu
Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar tarixli qərarı ilə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
1news.az-ın məlumatına görə, buna bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi səbəb olub.
“Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
“Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
1news.az
1836