Report.az: “Bakı küçələrində avtobusların sürüşməsi videosu bu gün səhər çəkilib”- FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Report.az: “Bakı küçələrində avtobusların sürüşməsi videosu bu gün səhər çəkilib”- FOTO-VİDEO

17:30 - 26 / 01 / 2016
Report.az: “Bakı küçələrində avtobusların sürüşməsi videosu bu gün səhər çəkilib”- FOTO-VİDEO

Bu gün səhər Report.az informasiya agentliyinin saytında Nəsimi rayonunun Hüseynbala Əliyev ilə Hüseyn Seyidzadə  (“Yeganə” şadlıq sarayı yaxınlığında) küçələrinin kəsişməsində yaranmış təhlükəli vəziyyətlə bağlı video çəkilib.

Videodan da aydın görünür ki, buza dönmüş yolda nəinki piyadalar, hətta bir neçə avtobus da sürüşür. Yaranmış hadisədən narahat olaraq, yuxarıda adı çəkilmiş agentliyə istinad edərək biz də öz səhifəmizdə videonu yerləşdirdik.

Lakin, çoxları bu məlumatın həqiqət olmasına inanmadı. Belə ki, blogger Saleh Nəsirov öz oxucularını inandırır ki, bu videoçarx bu gün səhər çəkilməyib.

BUZLU YOLLAR YALANI

Bu günləri (26.01.2016) bir çox xəbər saytları bu məkanın köhnə video görüntüsünü paylaşıblar.Nə gədər köhnə video görüntüləri bu gün ki günün reallığı adı ilə paylaşmaq olar? Bir gün doğru xəbəri yaysanız belə inanan olmaz! Posted by S S D S T U D I O . C O M on Çərşənbə axşamı, 26 Yanvar 2016

“Köhnə videoları yaymaqla xalq arasında çaxnaşma yaratmaq olmaz”, - Nəsirov yazaraq, bildirir ki, bu videoçarx keçmişdə çəkilib. 

Saleh Nəsirov sübut olaraq şəhərin həmin istiqamətində yolların normal olmasını bildirir.

Bununla belə, 1news.az öyrənib ki, hazırki video məhz bu gün səhər – 26 yanvar, çərşənbə axşamı, Report.az-ın jurnalisti Samirə Abdullayeva tərəfindən çəkilib.

Məsələ ilə bağlı Report.az-dan da bildirdilər ki, video səhər saat 09:30 radələrində çəkilib.

Beləliklə, fərz etmək olar ki, hazırki videonun yayılmasından sonra şəhərin həmin ərazisi müvafiq  xidmətlər tərəfindən təmizlənib.

1news.az

Paylaş:
1164

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər