"Turan" voleybol klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər | 1news.az | Xəbərlər
İdman

"Turan" voleybol klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər

1news Redaksiyası09:52 - Bu gün
"Turan" voleybol klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

1news.az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edəcək.

Görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

Paylaş:
71

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23
Bütün xəbərlər