Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra xarici ölkələrin səfirlərini qəbul etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra xarici ölkələrin səfirlərini qəbul etdi

19:46 - 26 / 01 / 2016
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra xarici ölkələrin səfirlərini qəbul etdi

26 yanvar 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki Səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav Pivonka və Beybit İsabayevi qəbul edib.

1news.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılmış və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulayıb.

Nazir Əbülfəs Qarayev Səfirlərə 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində  keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat vermiş və təmsil etdikləri ölkələrin Forumun işində yaxından iştirakının əməkdaşlığımıza böyük töhvələr verəcəyini bildirib.

Ölkələr arasında turizm sahəsində əməkdaşlıq sahəsində birgə layihələrin gerçəkləşməsi üçün təbliğat işlərinin genişləndirilməsi vurğulanan görüşlərdə, turizm sənayesinin bu işə yaxından cəlb olunması məsələsi də müzakirə olunub.

Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilmiş və bildirilmişdir ki, gələcəkdə də ölkələr arasında musiqi festivallarının, birgə mədəniyyət günlərinin keçirilməsi, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkür bildirilmiş, həmçinin Azərbaycan ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edib.

1news.az

Paylaş:
618

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər