Prezident İlham Əliyev Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib

13:58 - 27 / 01 / 2016
Prezident İlham Əliyev Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki,  İlham Əliyev “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışdı.

Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter effektiv siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğuladı.

1news.az

Paylaş:
898

Son xəbərlər

AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26
Bütün xəbərlər