Dövlət Komitəsi Cəlilabad rayonunda seminar treninq keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi Cəlilabad rayonunda seminar treninq keçirib - FOTO

18:02 - 27 / 01 / 2016
Dövlət Komitəsi Cəlilabad  rayonunda seminar treninq keçirib - FOTO

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev mərkəzində “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda seminar treninq keçirilib.

1news.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki,  rayonun dini icma rəhbərləri və dindarları ilə bərabər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov rayondakı dini durumu təhlil edərək bildirib ki, burada müxtəlif millətlərin və dinlərin nümayəndələri yaşayır.

 O, rayondakı multikulturalizm dəyərlərinə verilən qiyməti məxsusi önə çəkib.

Sonra DQİDK sədrinin birinci müavini Səyyad Salahlı geniş məruzə ilə çıxış edib. O, çıxışında son vaxtlar dünyada baş verən dövlət-din münasibətlərini təhlil edərək xüsusən də İslam ölkələrində baş verən hadisələri önə çəkməklə Azərbaycandakı din-dövlət modeli və multikultural dəyərlərdən, onların sıx əlaqələrindən danışıb. Natiq radikal dini cərəyanlarla mübarizədə yerli dini icma və din xadimlərinin üzərinə düşən vəzifələri önə çəkərək konkret misallarla onlarla mübarizə yollarını sadalayıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi və şəhər dini icmasının sədri Mahmud Əsgərov da bu tədbirin əhəmiyyətindən danışaraq gündəmdə olan mövzunun aktuallığını nəzərə alıb Cəlilabad rayonunda bu mövzu ətrafında keçirilən tədbiri yüksək qiymətləndirib.

O, dini icma nümayəndələrini və nüfuzlu din xadimlərini radikalizmlə mübarizədə ictimai qınaq üsulundan istifadə etməyə çağırıb.İcma sədri dindarları dövlətlə vəhdətə çağıraraq, cəmiyyətimizdə və dinimizdə bölücülük mövqeyini pisləyib.Tədbirin sonu diskussiya şəklində davam etdirilib.Tədbirdə çıxış edənlər indiki həssas dönəmdə dindarların daha diqqətli olmasına ,həmçinin, dini maarifləndirmə işinin artırılmasına, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasına, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağa çağırıblar.

1news.az

Paylaş:
648

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər