Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

09:54 - 27 / 01 / 2016
Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Bu haqda 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1news.az

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər