“Şah İsmayıl” ordeninin statusu və təsviri ilə bağlı dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Şah İsmayıl” ordeninin statusu və təsviri ilə bağlı dəyişiklik edilib

23:04 - 27 / 01 / 2016
“Şah İsmayıl” ordeninin statusu və təsviri ilə bağlı dəyişiklik edilib

Milli Məclis “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 678; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Şah İsmayıl” ordeninin təsviri” aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni (bundan sonra - orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.

Maddə 2. Ordenin ön tərəfi

Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca “Şah İsmayıl” sözləri yazılmışdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.0. Təltif dəstinə aşağıdakılar daxildir:

4.0.1. boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;

4.0.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;

4.0.3. paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.”.

2. Həmin Qanuna əlavə edilmiş “Şah İsmayıl” ordeninin eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2016-cı il.

1news.az

 

Paylaş:
1024

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər