Bakıda sağlam qida kafeteriyası açıldı – FOTO
Yanvarın 24-də Bakıda “Fit&Fresh” adlı ilk sağlam qida kafeteriyasının açılışı oldu.
“Fit&Fresh” brendi yüksək keyfiyyətli məhsullardan gözünün önündəcə hazırlanan ən dadlı və təzə yeməklər təklif edir.
Brendin məhsulları – salatlar, rollar və şirələr, digərlərindən tam konservantsız olmaları ilə seçilir. “Fit&Fresh” bütün inqridientlərin keyfiyyətinə zəmanət verir və hər gün sizin dadlı və faydalı qidalanmağınızın üçün çalışır.
“Fit&Fresh” brendinin sahibi Səidə Məmmədova bildirdi ki, şirkətin məhsulları bədəninin qayğısına qalan və sağlam məhsullar ilə qidalanmağa çalışan insanlar üçün nəzərdə tutulub:
“Brendin salatları, rolları və təzə şirələri tam koservantsızdır və bütün gün ərzində enerji və gümrahlıq bəxş edir. Məhsullarımızın sizin süfrələrinizə yolunu asanlaşdırmaq üçün isə Bakı şəhərində pulsuz çatdırılma həyata keçiririk”.
Kafeteriyanın qonaqlarından biri, tanınmış fitnes məşqçi Kamil Zeynallı qeyd edib ki, “Fit&Fresh” salatları və şirələri fitneslə məşğul olan insanlar üçün ideal seçimdir:
“Onların tərkibində minimum yağ və fəal həyat tərzi sürən insanlar üçün maksimum vitamin və minerallar var”.
“Fit&Fresh” öz müştərilərini aşağıdakı ünvanlarda qarşılamağa hazırdır:
Brend Kafe “Fit&Fresh” – Naxçıvani 12, Yasamal r-nu (6-cı Paralel )
Brend Kiosk – Xocalı pr. 37, ( Xətai metro st-nın girişinin yanında)
Brend Zona – Limak Fitness mərkəzi (Metro Parkın binası)
“Fit&Fresh” brendi eyni zamanda, Bakı şəhəri ərazisində öz məhsullarının pulsuz çatdırılma xidmətini də həyata keçirir. Məhsulları*7117 qısa nömrəsi və ya www.fitandfresh.az saytı vasitəsilə onlayn sifarişi etmək də mümkündür.
“Fit&Fresh” sosial mediada:
Facebook: Sağlam Style
Instagram: @saglam_style