Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində investisiya qoyuluşunda maraqlıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində investisiya qoyuluşunda maraqlıdır

13:55 - 28 / 01 / 2016
Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində investisiya qoyuluşunda maraqlıdır

Alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə dünyanın ən iri mühəndislik-layihələndirmə şirkətlərindən olan “POWERCHINA” korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib.

1news.az-ın məlumatına görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov nümayəndə heyəti ilə görüşərək dövlətlərimiz arasındakı sıx əməkdaşlığı, həmçinin Çin şirkətlərinin Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində investisiya qoyuluşu üçün göstərdikləri təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib.

A.Bədəlov Agentliyin qısa zaman ərzində həyata keçirdiyi layihələr və əldə olunmuş uğurlardan bəhs edərək, ölkəmizin alternativ və bərpa olunan enerji mənbələri ilə zənginliyini və sahənin inkişafı üçün güclü siyasi iradənin olduğu qonaqların diqqətinə çatdırıb.

Çinli nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə alternativ və bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrə başlamaq niyyətində olduqlarını bildiriblər.

Səfər çərçivəsində Dövlət Agentliyi tərəfindən təsis edilmiş “Azalternativenerji” MMC və “POWERCHINA” arasında gələcək fəaliyyət planı üzrə işgüzar görüşlər baş tutub, o cümlədən qonaqlar “AZGÜNTEX” günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu, Pirallahı Günəş elektrik stansiyası  ilə tanış olublar.

Qeyd edək ki, 2014-ci ildə “POWERCHINA” şirkətinin illik gəliri 42,4 milyard ABŞ dolları təşkil edib və işçilərinin sayı 200 min nəfərdir. Şirkət 110 ölkədə 1,565 xarici layihələr həyata keçirilir.

1news.az

Paylaş:
1154

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər