Fond rəhbəri: AƏSF bütün sığortalanmış əmanətlərin təzminatını təmin edə bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fond rəhbəri: AƏSF bütün sığortalanmış əmanətlərin təzminatını təmin edə bilər

16:27 - 28 / 01 / 2016
Fond rəhbəri: AƏSF bütün sığortalanmış əmanətlərin təzminatını təmin edə bilər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) Fondun reyetrində daxil olan banklarda sığortalanmış əmanətlərin təzminatını ödəməyə zəmanət verir.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda cümə axşamı jurnalistlərlə keçirilən mətbuat konfransı zamanı AƏSF-in icracı direktoru Azad Cavadov bildirib. 

Onun sözlərinə görə, hazırda Fond 132 milyon manat (ekvivalenti) həcmində vəsaitlərə malikdir. Bu vəsaitlərdən 75 milyon manatı dövlət istiqrazlarına yönəlib. Qalan hissə isə –28 milyon dollar və 7 milyon avrodan ibarətdir. Bu vəsaitlər də Azərbaycan Mərkəzi Bankının (AMB) hesabına yerləşdirilib.

A.Cavadov xatırladıb ki, AMB 6 bankın lisenziyasını ləğv edib – “Qafqaz İnkişaf Bankı”, AtraBank, United Credit Bank, NBCBank, Bank of Azerbaijan və Gəncəbank.

“Adları qeyd oluna banklarda sığortalanmış əmanətlərin həcmi 68 milyon manatdır ki, bu da AƏSF-in malik olduğu vəsaitlərindən bir qədər artıqdır. Göründüyü kimi biz, təzminatların ödənməsinə zəmanət verə bilərik”, - o, bildirib.

Bundan başqa, A.Cavadov1news.az-a bəyan edib ki, Fond “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvəyə minməsindən sonra da təzminatların ödəməsini təmin edə biləcək:

“Bildiyiniz kimi, Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edib. Əgər dövlət başçısı bu qanunu təsdiq edərsə, o zaman 2016-cı ilin fevralın 1-dən etibarən həcmindən asılı olmayaraq bütün əmanətlər sığortalanacaq.

Belə olan halda, Azərbaycan Sığorta Fondunun üzərinə böyük məsuliyyət düşəcək, əsasən də AƏSF-i də sığortalanmış əmanətlərə təzminat verməlidir. Əgər Fondun lazımi vəsaitləri çatışmazsa, o zaman qanunvericiliyə uyğun olaraq AMB-dən kredit cəlb edə bilər. Eyni zamanda qiymətli kağızlar da buraxa bilər. Bu vəsaitlər hesabına bankların müştərilərinin təzminatı ödənə bilər”.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin 13 avqustunda yaradılıb.

Ölkənin 37 bankı hazırdaAƏSF-nin üzvüdür. Hazırda 30 min manatəmanətlər sığortalanır. Bir bankdaəsasən 30 min manatdan və 12%-dən yuxarı əmanətlərsığortaya daxil deyil.

Bütün lazımi məlumatlarla bağlı AƏSF-nin rəsmi internet səhifəsində və 941 nömrəli “Qaynar xətt” xidməti və ya (+99412) 596-65-91/92 nömrəli telefonlarla əlaqə saxlamaq mümkündür.

Paylaş:
1119

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər