Bakıda kişi donvurmadan ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi donvurmadan ölüb

16:30 - 28 / 01 / 2016
Bakıda kişi donvurmadan ölüb

Bakıda tüfeyli həyat tərzi keçirən kişi donvurmadan dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, yanvarın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindən tüfeyli həyat tərzi keçirmiş Bakı şəhər sakini Tofiq Əhmədov donvurma ilə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər