Samir Şərifov Beynəlxalq Valyuta Fondu , Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov Beynəlxalq Valyuta Fondu , Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşüb

16:35 - 28 / 01 / 2016
Samir Şərifov  Beynəlxalq Valyuta Fondu , Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşüb

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiyanı qəbul edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə neft qiymətlərinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağrışlar, habelə BVF və digər qurumlar tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb.

Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

1news.az

Paylaş:
1036

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər