Prezident mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb

18:10 - 28 / 01 / 2016
Prezident mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Həsənova Sima Əkbər qızı

Hüseynli Yaşar Şamil oğlu

Kərimova Lalə Sabir qızı”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2016-cı il

1news.az

 

Paylaş:
754

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər