Zakir Həsənov: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha sarsıdıcı zərbələr endiriləcək” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha sarsıdıcı zərbələr endiriləcək” - FOTO

18:42 - 28 / 01 / 2016
Zakir Həsənov: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha sarsıdıcı zərbələr endiriləcək” - FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə təlim-metodiki toplantı keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə müdafiə naziri Zakir Həsənov da iştirak edib.

Nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib.

Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb.

Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib.

“Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir”, - deyə nazir əlavə edib.

Sonda Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

1news.az

 

Paylaş:
746

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər