Azərbaycan fevralda “Cənub qaz dəhlizi” üçün 2 milyard dollar həcmində road-show istiqrazlarını həyata keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan fevralda “Cənub qaz dəhlizi” üçün 2 milyard dollar həcmində road-show istiqrazlarını həyata keçirəcək

19:47 - 28 / 01 / 2016
Azərbaycan fevralda “Cənub qaz dəhlizi” üçün 2 milyard dollar həcmində road-show istiqrazlarını həyata keçirəcək

3-4 fevral tarixlərində Azərbaycan “Cənub qaz dəhlizi” layihəsi üçün maliyyə bazarında 2 milyard dollar həcmində road-show istiqrazlarını həyata keçirəcək.

Bu haqda cümə axşamı jurnalistlərlə mətbuat konfransı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, “Cənub qaz dəhlizi” layihəsi üçün buraxılmış  2 milyard dollar həcmində road-show istiqrazları həm Avropa, həm də ABŞ-ın maliyyə mərkəzlərində həyata keçiriləcək.

“İstiqrazlardan əldə olunan gəlir “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində  maliyyə işlərinə sərf olunacaq”, - nazir bildirib.

Maliyyə naziri bildirdi ki, istiqrazların buraxılması dövlət zəmanəti ilə müşayiət olunacaq.  

Nazir xatırlatdı ki, “Cənub qaz dəhlizi” layihəsinin aksiyalarının 51%-i dövlətə, 49%-i isə Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Xatırladaq ki, 2014-cü ilin fevralında Prezident İlham Əliyevin "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub qaz dəhlizi” layihəsinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan Qapalı Səhmdar Cəmiyyətini təsis etməlidir.

Öz növbədində, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etməli idi.

ARDNF həmçinin, QSC layihələr üzrə iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə QSC-yə uzunmüddətli investisiya edilməsini təmin etməlidir.

“Cənub qaz dəhlizi” layihəsi vasitəsilə Azərbaycan qazı Türkiyə ərzisindən keçərək Avropaya tədarük olunmalıdır. Bu da "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində həyata keçirilməlidir.

Xüsusilə də, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı əldə olunan qaz layihənin əsas mənbəsi olacaq.

“Cənub qaz dəhlizi” layihəsinin əsas hissələri kimi çıxış edirlər: “Şahdəniz-2” layihəsinin reallaşması, Bakı-Gürcüstan-Türkiyə sərhədindən keçərək Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə sərhədinin şərq və qərb hissəsindən keçən TANAP və TAP layihəridir ki, bunlarda öz növbəsində Yunanıstan sərhədindən keçərək Albaniyaya, oradan da İtaliyanın cənubuna daha sonra isə Qərbi Avropaya qədər uzanır.  

“Şahdəniz-2” layihəsi çərçivəsində qazın tədarükü 2018-ci ilə planlaşdırılıb. İl ərzində 16 milyard kubmetr qaz tədarük olunacaq ki, bunun da 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə yönləndiriləcək.

Layihə ümumi olaraq 45-48 milyard dollar həcmində qiymətləndirilir.

1news.az

Paylaş:
869

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər