Milli Məclis dövlət sərhədi haqqında qanuna dəyişiklikləri təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Milli Məclis dövlət sərhədi haqqında qanuna dəyişiklikləri təsdiq edib

12:51 - 28 / 01 / 2016
Milli Məclis dövlət sərhədi haqqında qanuna dəyişiklikləri təsdiq edib

Milli Məclis “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndinə “limanlarının” sözündən əvvəl “dəniz” sözü əlavə edilsin və həmin bənddə “liman suları” sözləri “liman akvatoriyaları” sözləri ilə əvəz edilsin.

2. 9-cu maddənin ikinci hissəsində, 14-cü maddənin birinci və ikinci hissələrində, 17-ci maddədə, 31-ci maddənin birinci hissəsinin 2-ci bəndində “Dəniz gəmiçilərinə bildirişlər”də” sözləri “Dənizçilər üçün bildirişlər”də” sözləri ilə əvəz edilsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

1news.az

Paylaş:
773

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər