Azərbaycanın xarici bazara çıxan yeni layihəsi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın xarici bazara çıxan yeni layihəsi - FOTO

14:01 - 29 / 01 / 2016
Azərbaycanın xarici bazara çıxan yeni layihəsi - FOTO

Qeyri-bədii ədəbiyyatın elektron formatda tez və rahat oxumağa imkan verən Azərbaycanın ilk və yeganə internet layihəsi olan www.Readit.az saytını diqqətinizə çatdırırıq.

Readİt –genişmiqyaslı və unikal bir layihədir.O, Azərbaycanın hüdudlarından kənar çıxan ilk yerli start-uplardan biridir. Layihə biznes ədəbiyyatı oxucularına Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim edilməklə öz əhatəsini Gürcüstan, Rusiya, Ukrayna və Şərqi Avropanın ingilisdilli auditoriyasının sərhədlərinədək genişləndirməyi hədəfə alıb.

Layihənin təsisçisi Elmir Kərimli qeyd edir ki, www.Readit.az saytının unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri-bədii ədəbiyyatının axtarışına vaxt sərf etməyəcək, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edəcək.

Məhz müasir insanın ən qiymətli aktivi – vaxtı nəzərə alaraq, Readİt layihəsinin yüksək ixtisaslı beynəlxalq komandasısizin şəxsi və peşəkar yüksəlişiniz üzərində işin maksimum asan, tez və əyləncəli olmasını təmin etmək məqsədilə bu layihəni yaratdı. İl ərzdində dünyada, bizim “must read” hesab etdiyimiz yüzlərlə faydalı kitab dərc olunur. Lakin onlardan neçəsini oxumuşuq və ya oxumağa başlayıb sona çatdırmamışıq? “Oxumamağımızın” və ya “sona çatdırmamağımızın” səbəbləri müxtəlif ola bilər, lakin ən əsas səbəb – vaxt və kitabın əldə olunması prosesidir. Məhz buna görə də, layihənin məqsədi qeyri-bədii ədəbiyyatı yığcam və asan, anlaşılan şəkildə təqdim etməkdir.

Readİt – dünya üzrə bütün dövrlərin ən yaxşı və faydalı bestseller kitablarının xülasəsini (“summary”) özündə cəmləşdirib. Qısa məzmunlu mətnlər kitabın əsas və qiymətli ideyalarını əks etdirir və 7-15 səhifədən ibarətdir. Readİt-də qısa məzmunlu kitabları oxumaqla siz minimum vaxt ərzində müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnəcəksiniz.Əldə etdiyiniz bilikləri daha da möhkəmləndirmək üçün bəzi kitabların xülasəsi əsasında test tapşırıqları da hazırlanıb. Bu testlər sizin və əməkdaşlarınızın kitabın əsas ideyasını nə dərəcədə qavradığını yoxlamağa imkan verir.

Elmir Kərimli qeyd etdi ki, saytda təqdim olunan kitabların bir çoxu, Azərbaycan və gürcü dillərində heç vaxt dərc olunmayıb, bəziləri isə hətta rus dilində də işiq üzü görməyib.

Öz oxucularını mütəmadi olaraq yeni bestseller kitablarla operativ təmin etmək məqsədilə, Readİt komandası, “Professional və şəxsi inkişafın heç bir hüdudu yoxdur!” prinsipinə əsaslanaraq, öz unikal kitabxanasını hər həftə yeni kitablarla zənginləşdirməyə söz verir.

www.Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər üçün də ideal vasitədir.

Kitabxanadan yalnız elektron formatda və sayta abunə olmaqla istifadə edə bilərsiniz.  Pulsuz xülasəni oxuyub abunə olmağa qərar vermək üçün saytda qeydiyyatdan keçin. Aylıq abunə haqqı 9.90$-dan başlayır. Öz əməkdaşlarının inkişafına dəyər verən şirkətlər üçün isə www.readit.az korporativ abunə paketi də təklif edir.

Sizi daim yüksələn peşəkarlar komandasında görməyə şad olarıq!

Paylaş:
1095

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər