Bakıda yaşayan Malayziya vətəndaşını soyan şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayan Malayziya vətəndaşını soyan şəxs tutuldu

16:43 - 29 / 01 / 2016
Bakıda yaşayan Malayziya vətəndaşını soyan şəxs tutuldu

Bakıda yaşayan Malayziya vətəndaşının evini qarət edən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Xətai polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Malaziya vətəndaşı Şarun Anenin kirayədə yaşadığı evdən qızıl əşyalar oğurlamış Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Zümrüd Osmanova tutulub.

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər