"Atrabank" və “Qafqaz İnkişaf Bank”ı Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Atrabank" və “Qafqaz İnkişaf Bank”ı Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

00:31 - 29 / 01 / 2016
"Atrabank" və “Qafqaz İnkişaf Bank”ı Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/3  saylı qərarı ilə "Atrabank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  25.12.1992-ci il tarixli, 105  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Atrabank" ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

 “Qafqaz İnkişaf Bank” ASC də Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

 Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/1  saylı qərarı ilə "Qafqaz İnkişaf Bankı" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  07.04.1997-ci il tarixli, 242  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Qafqaz İnkişaf Bankı" ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

1news.az

Paylaş:
899

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər