Keçən il toplanan həyat sığortası haqlarının məbləği 116,5 milyon manat olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il toplanan həyat sığortası haqlarının məbləği 116,5 milyon manat olub

12:43 - 31 / 01 / 2016
Keçən il toplanan həyat sığortası haqlarının məbləği 116,5 milyon manat olub

Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının 26,3 faizi və yaxud 116,5 milyon manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9 faiz böyüyüb.

Həyat sığortasındakı yığımların 59,3 faizi və yaxud 69 milyon manatı həyatın yaşam sığortasının, 26,3 faizi və yaxud 30,7 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,1 faizi və yaxud 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, 1 faizi və yaxud 1,2 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3 faizi və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 29 faizini təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur. Həyat sığortasında ödənişlərin 91,7 faizi və yaxud 47,9 milyon manatı həyatın yaşam sığortasının, 4,2 faizi və yaxud 2,2 milyon manatı həyatın ölüm halından sığortasının, 4,1 faizi və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 14 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. 2014-cü ildə bu rəqəm 27,2 manat olub.

Paylaş:
645

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər