Parlamentdə akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentdə akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

13:06 - 01 / 02 / 2016
Parlamentdə akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Bakıda Milli Məclisin 5-ci çağırışının plenar iclası keçirilir.

1news.az xəbər verir ki, parlament sədri Oqtay Əsədovun təklifi ilə akademik Cəlal Əliyevin xatirəsi yad edilib.

“Cəlal Əliyev parlamentin 3 çağırışının deputatı, tanınmış elmi və siyası xadim olub”, - deyə spiker bildirib.

Xatırladaq ki, 31 yanvar tarixində ömrünün 88-ci ilində görkəmli ictimai xadim, Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Cəlal Əliyev 31 yanvar tarixində  88 yaşında vəfat edib.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər