Bechique – zövqlü və keyfiyyətli uşaq geyimlərini təqdim edən Azərbaycan brendi - FOTO
Uşaqlar həyatımızın ayrılmaz parçasıdır.
Onların bir təbəssümü bəs edir ki, bütün problemlərimiz yaddan çıxsın. İnsanları gündən-günə eyniləşdirən bu dünyada zövqlü övlad böyütmək hər bir valideyn üçün çətin və məsuliyyətli bir işdir. Onların istəkləri və geyim tərzi bu zövqün formalaşmasında əsas rol oynayan amillərdir. Valideyn öz övladına paltar seçərkən bu məsələləri nəzərdən qaçırmamalıdır.
Bildiyiniz kimi, Azərbaycanda böyüklər üçün kifayət qədər yerli brendlər olsa da, sırf uşaqlar üçün yaradılmış və zövqoxşayan yerli brend qıtlığı var. Bu səbəbdən Bechique brendi Azərbaycanda bir çox baxımdan ilklərlə yadda qalacaq.
Brendin adı seçilərkən həm daxili, həm də xarici bazarlarda uğurlu səslənməsi nəzərə alınıb. Bechique Azərbaycan dilində “beşik” kimi səslənir. Bununla yanaşı ingilis dilində “Be chique” (“zövqlü ol”) kimi oxunur.
Azərbaycan xalqının yerli məhsullardan istifadəsinin artırılması və yerli brendin xarici bazarlarda ölkəmizi layiqli şəkildə təmsil etməsində Bechique brendinin uğur qazanacağından əminik.
Hal-hazırki kolleksiya və üzərində çalışılan yeni kolleksiya öz dəst-xəti ilə indiyə kimi gördüyünüz bütün uşaq brendlərindən fərqlənir. Əl işləri ilə yanaşı, paltarlar üzərində rəssamlar tərəfindən çəkilmiş printlər insanın zövqünü oxşayır.
Yeni fəaliyyətə başlamış Bechique brendi hər hansı bir model sifarişlərini fevral ayından etibarən öz şou-rumlarında qəbul edəcək. Yaxın gələcəkdə isə siz Bechique məhsullarını multi-brend mağazalarında görə biləcəksiniz.
Gələcəyimiz olan uşaqlara sevgi və qayğı ilə yaradılmış bu brendin daxili və xarici bazarda böyük marağa səbəb olacağı şübhə doğurmur. Xüsusilə, daxili bazarda yerli və keyfiyyətli uşaq brendi kimi valideynlər və uşaqlar tərəfindən böyük rəğbət göstəriləcəyinə əminik.
Bechique brendi ilə bağlı ən son məlumatları əldə etmək üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz.
Facebook: https://www.facebook.com/bechiquebaku/?fref=ts
Instagram: bechique_baku
E-mail: [email protected]
FOTO:
Anfisa Bessonova
Simon Peter