Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

18:49 - 01 / 02 / 2016
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.

1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fondun manat hesabına toplanmış vəsaitin məbləği fevral ayının 1-nə 70.074.862,27 manat təşkil edib.

Fondun dollar hesabında isə 211.791,88 ABŞ dolları məbləğində vəsait var. Avro hesabındakı vəsait isə 2093,69 avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Onu da bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.

1news.az

 

Paylaş:
544

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər