ADIF: “Bank of Azərbaycan”-nın əmanətçilərinə 2.6 milyon manatdan artıq kompensasiya ödənilib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: “Bank of Azərbaycan”-nın əmanətçilərinə 2.6 milyon manatdan artıq kompensasiya ödənilib”

10:45 - 01 / 02 / 2016
ADIF: “Bank of Azərbaycan”-nın əmanətçilərinə 2.6 milyon manatdan artıq kompensasiya ödənilib”

“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar – “Muğanbank” ASC və “Rabitəbank” ASC vasitəsi ilə kompensasiya ödənişi uğurla həyata keçirilir.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan 110-dan çox əmanətçiyə  2.6 milyondan artıq kompensasiya ödənilmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərcedildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilmişdir.

Əmanətçilər lazım olan informasiyanı ADIF-ın rəsmi saytından, fondun “qaynar xəttinə” 941 və ya (+99412) 596-65-9192 nömrəsimə zəng etməklə ala bilər.

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər